"Fənərbaxça” məlum səbəbdən dayandırılan məşqləri bərpa edir.
Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Fənərbaxça” mayın 4-dən klubun bazasında məşqlərə başlayacaq.Klubdan verilən məlumatda, futbolçuların hələlik 4 nəfərlik qruplar halında məşq edəcəkləri bildirilib.
Koronavirus pandemiyasına görə dayandırılmış Super Liqanın iyunda bərpa olunacağı gözlənilir. Bundan əvvəl "Dənizlispor”, "Beşiktaş”, "Göztəpə” və "Kasımpaşa” da məşqləri bərpa etmişdi.