2019/2020 mövsümündə ən çox ötürmə verən komandalar - SİYAHI

12:21 3 May 2020

"Transfermarkt" saytı "Instagram" hesabında 2019/2020 mövsümündə Avropada ən çox ötərmə verən komandaların infoqrafikasını yerləşdirib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, siyahının ilk pilləsində İspaniya "Barselona"sı qərarlaşıb.Kataloniya təmsilçisinin futbolçuları ortalama hər matçda 684 ötürmə verib. İkinci yerdə İngiltərənin "Mançester Siti" (676) komandası, üçüncü sırada isə Almaniya "Bavariya"sı yer alıb - 673. 

 

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.



Digər xəbərlər

Xəbər xətti