Rus blogger Şeydayevi xaraktersizlikdə suçladı - VİDEO

02:12 4 May 2020

Rus blogger Pavel Qorodnitski Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi tənqid edib. 

 

Sportarena.az xəbər verir ki, o, "Youtube" kanalında "Sabah"da top qovan hücumçunu xaraktersizlikdə suçlayıb:

 

"Zenit"də Ramil Şeydayev var idi. Hələ uşaq turnirlərində iştirak etdiyi vaxtlarda ona sarı vərəqə göstərilən zaman meydanda ağlayırdı. Ancaq cüssəli futbolçu idi. Sonradan karyerası alınmadı. Oynadığı klublarda özünü göstərə bilmədi. Bunun səbəbi xaraktersiz olması idi. Gənc yaşlarından baş qaldıran xaraktersizlik onu belə vəziyyətə gətirdi. Maraqlıdı ki, Ramil Azərbaycan millisində Almaniya və Xorvatiya kimi komandalara qol vurub".

 

 


Xəbər xətti