İtaliyanın “İnter” klubu da koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa etməyə qərar verib.
Sportarena.az xəbər verir ki, Milan təmsilçisi mayın 5-dən etibarən hazırlığı bərpa edəcək. Bu barədə “Sky Sport” klubdakı mənbəyə istinadən xəbər yayıb.Məlumatda bildirilir ki, artıq ölkə xaricində olan futbolçular da İtaliyaya qayıdıblar. Çilidən gələn Aleksis Sançesin də karantin müddəti mayın 4-də bitəcək. Beləcə, bütün komanda üzvləri klubun bazasında fərdi qaydada məşqlərə başlayacaqlar. Lakin hazırlıq prosesi zamanı sosial məsafə qorunacaq, gigiyenik qaydalara xüsusi əməl olunacaq.
Xatırladaq ki, daha öncə İtaliya A Seriyasında iştirak edən klublardan “Sassuolo”, “Bolonya”, “Roma” və “Parma” məşqləri bərpa edəcəklərinə dair açıqlama yaymışdı.