"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliyaya qayıtmaqda çətinlik çəkir
Sportarena.az xəbər verir ki, Ronaldo "Yuventus"un düşərgəsinə dönmək üçün çarter reysi sifariş etsə də, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dönəmində Madeyrada hava nəqliyyatının dayandırılması səbəbindən problemlə üzləşib. Portuqaliyalı futbolçu adanı tərk etmək üçün yerli səlahiyyətlilərdən xüsusi icazə almalıdı.
Qeyd edək ki, A Seriyası dayandırıldıqdan sonra Ronaldo ölkəsinə yollanmışdı.