FIFA futbol təqviminin yaz-payız sisteminə keçməsi variantını nəzərdən keçirir.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun vitse-prezidenti Viktor Montalyini məlumat verib:
"Koronavirus pandemiyası ilə əlaqədar olaraq FIFA bəzi prinsiplərini dəyişdirməyə məcburdu. Ənənəvi payız-yaz sxeminin əvəzinə illik təqvimi, yəni yaz-payız sistemini qəbul edə bilərik. 2022-ci il dünya çempionatının noyabr-dekabr aylarında keçiriləcəyini nəzərə alsaq, mütəmadi olaraq bunu etmək lazım gələ bilər. Bizim yaxşı bir nümunəmiz var: Şimali Amerika ölkələri. Orada mövsümlər təqvim ili ərzində keçir və bu, çətinlik yaratmır. Düşünmürəm ki, bu, Avropa və digər qitə birlikləri üçün problem olacaq".
Daha əvvəl FIFA-nın koronavirus pandemiyası ilə əlaqədar olaraq bəzi futbol qaydalarını dəyişdirə biləcəyinə dair xəbərlər yayılmışdı.