“Barselona” azərbaycanlı taekvondoçunun sayəsində qalib gəldi - VİDEO

18:09 4 May 2020

İTV-də yayımlanan “Evdə Qol” turnirinin qalibi bəlli olub.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, I Avropa Oyunlarının qızıl medalçısı, taekvondo millimizin üzvü Ayxan Tağızadə ilə sərbəst güləş üzrə olimpiya mükafatçısı, üçqat dünya və Avropa çempionu, II Avropa Oyunlarının qalibi Hacı Əliyev qarşılaşıb.Ayxan İspaniyanın “Barselona”, Hacı isə İtaliyanın “Yuventus” komandası ilə oynayıb. Maraqlıdır ki, Hacı oyuna Kataloniya klubunun formasında gəlib.

 

Final görüşü bir oyundan ibarət olub. Hacı Əliyev hesabı açsa da, tezliklə Ayxan oyuna tarazlıq gətirən qola imza atıb. Beləliklə, görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada Ayxan Tağızadə dəqiq olub (4:1) və turnirin qalibi kimi kubok qazanıb.

 

 


Digər xəbərlər

Xəbər xətti