Koronavirusa görə elan edilən karantini vətəni Portuqaliyada keçirən “Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliyaya qayıdıb.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu şəxsi təyyarəsi ilə Turinə uçub. Portuqaliyalı hücumçu 2 həftəlik karantindən sonra komanda ilə məşqlərə başlayacaq.
Ronaldo karantin müddətində ailəsi ilə birlikdə doğulduğu Madeyra adasında qalıb.