“Qarabağ” futbolçusu Ailton Silvanın müqavilə ilə məxsus olduğu “Ştutqart”ındakı taleyinə aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, rəhbərlik icarədə olan oyunçularının durumu ilə bağlı müzakirə aparıb. 25 yaşlı braziliyalının II Bundesliqa təmsilçisində gələcəyinin olmadığı bildirilib.
Qeyd edək ki, Ailton Silvanın “Qarabağ”la icarə müddəti bu ilin iyulunda yekunlaşır. Onun “Ştutqart”la sözləşməsi isə 2021-ci ilin yayınadəkdir.