Premyer Liqada oyunların vaxtı azaldıla bilər

14:04 5 May 2020

İngiltərə Premyer Liqası bərpa edildikdən sonra matçların vaxtı qısaldıla bilər.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) rəhbəri Qordon Teylor BBC radiosuna açıqlamasında bu barədə məlumat verib:

 

"Əvəzetmələrin sayının artırılması, o cümlədən hissələrin 45 dəqiqədən daha az olması ilə bağlı təkliflər səsləndirmişik. Bir neçə şeyi nəzərdən keçiririk.Dediyim kimi, variantlar çoxdu. Təbii ki, ən ideal ssenariyə əməl etmək, turnirin bütövlüyünü qorumaq istərdik".

 

Koronavirus pandemiyası səbəbindən mart ayında Premyer Liqaya fasilə verilmişdi. Çempionatın ən yaxşı ehtimalla mayın sonunda bərpa olunacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti