Millimizin üzvü koronavirus səbəbindən karantinə alındı

15:15 5 May 2020

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov karantinə alınıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Ersgebirge”nin oyunçularının birinin koronavirus testinin müsbət nəticə verməsidir. Həmin şəxsin adı açıqlanmayıb. Klubun üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

 

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov “Ersgebirge”nin formasını 2016-cı ildən geyinir. 


Digər xəbərlər

Xəbər xətti