"Barselona" Samuel Umtiti və Xunior Firponu "Napoli"yə təklif etmişdi.
Sportarena.az xəbər verir ki, "Napoli" təklifdən imtina edib. Prezident Aurelio De Laurentis oyunçuların tələb etdiyi maaşları ödəməyə hazır deyil. Umtitinin "Barsa"da ilin 8 milyon, Firponun isə 5 milyon avro məvacib aldığı təxmin edilir.
Fransız müdafiəçi yayda "Napoli"ni tərk edəcəyi gözlənilən Kalidu Kulibalının əvəzedicisi hesab olunurdu. PSJ və "Nyukasl" seneqallı futbolçuya maraq göstərir.