PSJ hücumçusu Kilian Mbappenin müqaviləsini uzatmaq istəyir.
Sportarena.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçunun maaşını həftəlik 683 min avroya yüksəltməyə hazırdır. Fransalı futbolçu PSJ-də qalmağa qərar versə, komandanın digər üzvü Neymarla eyni məvacibi alacaq.
Məlumata görə, Mbappe PSJ-də qalmaq istəyir. Ulduz futbolçunun paytaxt klubu ilə sazişi 2022-ci ilin iyunun 30-dəkdir.