Almaniya Bundesliqası bərpa olunur

18:40 5 May 2020

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası bərpa olunacaq.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel klublarla keçirdiyi videokonfransda bu barədə məlumat verib. 65 yaşlı nazir futbol liqalarının davam etdirilməsinə icazə verib.

 

Merkel təşkilatçıların qarşısına 2 şərt qoyub: oyunlara azarkeş buraxılmaması və koronavirusla bağlı ciddi tədbirlərin görülməsi.

 

Nazir sabah qərarını rəsmi şəkildə açıqlayacaq. Almaniyada futbol çempionatı martın 13-də dayandırılmışdı.


Digər xəbərlər

Xəbər xətti