Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə Super Liqasında yaranmış fasilədən istifadə edərək ölkələrinə yollanan “Beşiktaş”ın legionerləri İstanbula qayıdıblar.
Sportarena.az xəbər verir ki, Viktor Ruis, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Nkudu artıq xüsusi çarter reysləri ilə Türkiyəyə dönüblər.Amma onlar dərhal karantinə alınıblar. Nəzərdə tutulan karantin müddəti bitdikdən sonra legioner futbolçular da “Beşiktaş”ın bazasında məşqlərə başlaya biləcəklər.