UEFA Azərbaycan klublarına pul ödədi

12:22 7 May 2020

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün 1 milyon 137 min 773,2 avro pul ayırıb.

 

Sportarena.az xəbər verir ki, pul AFFA-nın vasitəsilə aşağıdakı siyahıda göstərilmiş klubların hesabına köçürülüb:
 

“Qarabağ” – 436,696.69 avro
“Neftçi” – 210,117.58 avro
“Səbail” – 172,144.67 avro
“Sabah” – 88,895.90 avro
“Qəbələ” – 80,514.21 avro
“Sumqayıt” – 64,651.56 avro
"Zirə” – 47,870.83 avro
“Keşlə” – 36,881.76 avro
 

Qeyd: “Keşlə” Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.


Digər xəbərlər

Xəbər xətti