UFC üzrə dünya çempionu, rusiyalı Həbib Nurməhəmmədov barəsindəki söz-söhbətə son qoymağa çağırış edib.
Sportarena.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.İdmançı bildirib ki, müqəddəs Ramazan ayının başa çatmasından sonra döyüşə hazır olacaq.
“Mənim barədə danışmağı dayandırın. Vaxtı çatanda onların hamısını əzişdərəcəyəm”, - deyə H.Nurməhəmmədov bildirib.
Xatırladaq ki, H.Nurməhəmmədov UFC-249 turnirində amerikalı Toni Ferqyusonla qarşılaşmalı olsa da, pandemiyaya görə döyüş baş tutmayıb.