Türkiyənin Həvəskarlar Liqasında çıxış edən “Yıldırımspor” klubunun futbolçusu Cevher Toktaş 5 yaşlı oğlu Kasım Toktaşı boğaraq öldürüb.
Sportarena.az xəbər verir ki, hadisə 23 apreldə baş verib. Cevherin oğlu Kasım koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin bir neçə gün sonra nəfəs çatışmazlığı diaqnozu ilə öldüyü barədə xəbər yayılıb. Hadisədən 11 gün sonra atası Cehver polis bölməsinə gedərək oğlunu sevmədiyini, əsəbiləşərək onu öldürdüyünü bildirib.
Toktaş, hətta hadisədən bir neçə gün sonra oğlunun məzarının fotosunu paylaşaraq "Dünyaya bel bağlamayın" deyə şərh yazıb.
Qeyd edək ki, Cehver Toktaş vaxtilə Türkiyə Superliqasında mübarizə aparan “Hacettepe” klubunun heyətində də çıxış edib.