"Spartak"ın sahibi koronavirusa yoluxub

13:54 7 May 2020

"Spartak"ın sahibi Leonid Feduna koronavirus diaqnozu qoyulub.

 

Sportarena.az xəbər verir ki, 64 yaşlı funskioner hazırda xəstəxanada müalicə alır. "Spartak"ın bəyanatında qeyd olunub:

 

"Klub Leonid Arnoldoviçə ən qısa müddət ərzində sağlamlığına qovuşmasını arzulayır".

 

Son məlumatlara görə, Rusiyada koronavirusa yoluxanların sayı 177 mini keçib. Ölkədə 1625 nəfər COVID-19-dan dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti