Avrokubokların yarımfinalları İstanbulda keçirilə bilər

14:49 7 May 2020

UEFA avrokubokların yarımfinal görüşlərini İstanbulda keçirə bilər.

 

Sportarena.az xəbər verir ki, qrum rəhbərliyi bununla bağlı TFF-yə müraciət edib.Məlumata görə, avqustda başa çatması planlaşdırılan avrokubok görüşləri üçün bir neçə variant nəzərdən keçirilir. Ehtimallardan biri də Çempionlar Liqası və Avroliqanın yarımfinal oyunlarını Türkiyədə keçirməkdir.

 

UEFA-nın bununla bağlı TFF-yə müraciət etdiyi də bildirilir. Türkiyə Futbol Federasiyası isə buna hazır olduqlarını vurğulayıb.

 

Qeyd edək ki, ÇL-nin 2019-20 mövsümün  finalı da İstanbulda oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti