Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hansi Flikin yeni köməkçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi sabiq hücumçusu Miroslav Klozeni əsas komandada köməkçi-məşqçi vəzifəsinə gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı Polşa əsilli forvard “Bavariya” ilə 1 illik müqaviləyə imza atıb. Amma o, vəzifəsinin icrasına iyul ayının 1-dən etibarən başlayacaq.
Qeyd edək ki, Kloze Fliklə Almaniya yığmasında birgə çıxış edib. 2007/08 mövsümünün əvvəlində “Verder”dən “Bavariya”ya transfer olunan hücumçu, 4 il Münhen klubunun uğurları üçün çalışıb. O, bu komandada 98 çempionat oyununa çıxıb, 24 qola imza atıb.