"Fənərbaxça"nın bu günə planlaşdırılan məşqi ləğv olunub.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, buna klubda bir nəfərdə koronavirus aşkarlanması səbəb olub. Bildirilib ki, mayın 5-i futbolçular və klubun əməkdaşları koronavirus testindən keçib. Nəticələrə əsasən, bir əməkdaşda koronavirus aşkarlanıb. Daha bir işçidə də koronavirus olması şübhəsi yaranıb.
Onların ikinci dəfə testdən keçəcəyi bildirilib. Komandanın isə bu gün planlaşdırılan məşqinin ləğv olunduğu vurğulanlıb.