Almaniya Bundesliqası 16 mayda bərpa ediləcək.
Sportarena.az xəbər verir ki, Bundesliqa qalan turların tam təqvimini açıqlayıb. Çempionatın 27 iyunda başa çatdırılması planlaşdırılır.
Bundesliqanın təqvimi:
26-cı tur: 16 may - 18 may;
27-ci tur: 22 may - 24 may;
28-ci tur: 26 may - 27 may;
29-cu tur: 29 may - 1 iyun;
25-ci turdan təxirə salınmış "Verder" - "Ayntraxt" oyunu: 2 və ya 3 iyun;
30-cı tur: 5 iyun - 8 iyun;
31-ci tur: 12 iyun - 14 iyun;
32-ci tur: 16 iyun - 17 iyun;
33-cü tur: bütün oyunlar 20 iyuna təyin olunub;
34-cü tur: bütün oyunlar 27 iyuna təyin olunub.