İspaniyanın “Xetafe” klubunun prezidenti Anhel Torres UEFA Avropa Liqası ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, qitənin ikinci ən nüfuzlu klub turnirinin avqustun 2-də və ya 3-də başlayacağını deyib.Klub prezidenti İtaliya “İnter”i ilə 1/8 final mərhələsində oynayacaqları qarşılaşmanı da boş tribunalar önündə keçirəcəklərini bildirib.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.