Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”

14:07 9 May 2020

İyul ayında ikinci dəfə ata olmağa hazırlaşan Arda Turan karantin günlərində həyat yoldaşı Əslihan Doğana kömək etdiyini açıqlayıb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, tanınmış futbolçu 2018-ci ildə dünyaya gələn oğlu Həmzədən sonra yuxu rejiminin pozulduğunu etiraf edib.Arda Turan zamanında insanlara çox güvəndiyini, onların çətinliklərini həll etməyə çalışdığını bildirib: “Peşman deyiləm, amma səhv etmişəm. Ürəyimlə dilim arasındakı məsafə çox qısadır. İndi isə acısını çəkirəm”.

 

Qeyd edək ki, ulduz futbolçu ilə Əslihan Doğan iki ildir evlidir.


Digər xəbərlər

Xəbər xətti