Kriştiano Ronaldo futbolçulara hədiyyə payladı

14:35 9 May 2020

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo karantin zamanı Madeyra adasında birgə məşq etdiyi futbolçulara hədiyyə paylayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə yerli, gənclərdən ibarət komandanın 18 yaşlı qapıçısı Filip Qonsalveş belə deyib:

 

"Son məşqdən sonra o, hamımıza hədiyyə verdi. İnanın ki, bu, düşündüyünüzdən də möhtəşəm hədiyyə idi. Ancaq kumirlə məşq etmək imkanı qazanmaq daha böyük duyğulara meydan verdi. Bizim üçün inanılmaz dərəcədə maraqlı oldu”.

 

Qeyd edək ki, Ronaldo martdan ölkəsində - Madeyra adasındakı villasında qalırdı. Superulduz Portuqaliyanı 2 gün öncə tərk edərək şəxsi təyyarəsi ilə İtaliyaya qayıdıb.


Xəbər xətti