Türkiyə Futbol Federasiyası iyunun 12-də bərpası gözlənilən superliqa ilə bağlı qaydaları açıqlayıb.
Sportarena.az xəbər verir ki, mümkün koronavirus təhlükəsinin qarşısını almaq üçün şərtlər açıqlanıb. Klublardan bu şərtlərə əməl etmək tələb olunub.
Oyundan əvvəl futbolçuların görüşməsi və ümumi komanda şəkli çəkdirməsi qadağan edilib. Qol zamanı texniki zonada qol sevinci də qeyd edilməməlidir. Matç zamanı oyunçu və texniki heyət hakimlərdən ən azı 2 mert uzaqda durmalıdır. Ehtiyat oyunçular sırasında 2 metrlik məsafə qoyulmalıdır. Harda olursa-olsun, topa əlcəksiz toxunulsa, top dezinfeksiya edilməlidir.
Meydanda və ehtiyat zonada hər kəs üçün ayrıca su butulkası qoyulmalıdır. Meydandakı futbolçulardan başqa hər kəs öz butulkasını özü daşımalıdır. Meydandan kənarda hamı maska taxmalıdır. Matçdan bir gün əvvəl və sonra bütün stadion dezinfeksiya edilməlidir.