Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qiymətləndirmə meyarı azarkeşlər arasında keçirilən sorğu olub. Sorğunu Liqa 1-in saytı keçirib.Sorğunun nəticəsinə görə, finala Didye Droqba və Zlatan İbrahimoviç çıxıblar. Didye Droqba bu mübarizədə rəqibini üstələyərək birinci olub.