Çin milli komandası DÇ-2022-nin seçmə mərhələ oyunları üçün hazırlığa başlayıb.
Sportarena.az xəbər verir ki, yığma üzvləri Şanxayda 17 gün hazırlıq keçəcək. Yığma bu müddətdə Super Liqa təmsilçiləri - "Şanxay SIPG" və "Şanxay Şenhua" ilə qarşılaşacaq.
"Espanyol"da çıxış edən Vu Ley toplanışa qatılmayıb. Milliləşdirilmiş futbolçular - Aloisio (Lu Quofu), Elkseon (Ai Kesen), Niko Yennaris (Li Ke) məşqlərdə iştirak edir.
FIFA koronavirus pandemiyasına görə DÇ-2022-nin Asiya zonasında seçmə oyunlarını təxirə salıb.