Hasan Şaş “Qalatasaray”dan ayrıldığını açıqladı

17:34 11 May 2020

“Qalatasaray”ın məşqçisi Hasan Şaş klubdan ayrıldığını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Fatih Terimin köməkçisi sosial hesabında bu barədə məlumat yayıb.

 

Türkiyə millisinin sabiq üzvü azarkeşlərə təşəkkür edib: "Bu gün çox sevdiyim "Qalatasaray"dan öz istəyimlə ayrıldım. Ən pis günlərdə mənə dəstək olan azarkeşlərə minnətdaram".

 

43 yaşlı mütəxəssis 2018-ci ildən "sarı-qırmızılar"da çalışırdı. O, 1998-2009-cu illərdə "Qalatasaray"da oynayıb.


Digər xəbərlər

Xəbər xətti