"Atalanta"nın 19 yaşlı futbolçusu dünyasını dəyişdi

18:00 11 May 2020

"Atalanta"nın yarımmüdafiəçisi Andrea Rinaldi vəfat edib.

 

Sportarena.az xəbər verir ki, beyin anevrizmasından əziyyət çəkən Rinaldi xəstəxanada dünyaya gözlərini yumub. "Atalanta"nın bəyanatında qeyd olunub:

 

"Aramızdan erkən ayrılmamaq üçün sona qədər mübarizə apardın. Əlvida, Andrea".

 

Rinaldi "Atalanta"nın yetirməsi idi. O, cari mövsümü icarə əsasında D Seriyasında çıxış edən "Lenyano" klubunda keçirmişdi.Rinaldi iyunun 23-də 20-ci doğum gününü qeyd edəcəkdi.


Digər xəbərlər

Xəbər xətti