"Qarabağ" Türkiyənin 1-ci liqa təmsilçisi "Menemenspor"un qapıçısı Gentian Selmanini transfer etmək istəyir.
Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin baş məşqçisi Cenk Laleci "Radyospor"a açıqlamasında deyib. O, Ağdam klubunun 22 yaşlı qolkiper üçün rəsmi təklif göndərdiyini bildirib: "Selmanini təkcə ölkəmizdəki yox, əcnəbi klublar da izləyir. Onun üçün "Qarabağ"dan təklif almışıq. Klublar arasında danışıqlar davam edir".
Qeyd edək ki, "Menemenspor"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq albaniyalı qapıçı bu mövsüm 28 matçda meydana çıxıb.