"Mançester Yunayted” ”Benfika”nın braziliyalı hücumçusu Karlos Vinisiusla maraqlanır.
Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar” Portuqaliya çempionatının bombardirini heyətinə qatmağa dəqiq qərar verməsə də, transferin bu yay baş tutması mümkündü.
25 yaşlı Vinisius bu mövsüm çıxdığı 22 matçda 15 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Benfika” ilə olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.