İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kayl Uolker koronavirus səbəbiylə tətbiq edilən karantin qaydalarını pozub.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu sosial şəbəkə hesabından Şeffildə getdiyini və ailəsini ziyarət etdiyini yazıb. Onun bu paylaşımı azarkeşlər tərəfindən tənqid ounub.
Bundan sonra futbolçu, sosial şəbəkə hesabından yeni paylaşım edərək, belə halın yaranmasından narahat olduğunu bildirib və azarkeşlərdən üzr istəyib.İngiltərəli futbolçu daha əvvəl də karantin qaydalarını pozmuşdu.