“Beşiktaş” klubunda 8 nəfərin koronavirus testi müsbət nəticə verib.
Sportarena.az xəbər verir ki, bu barədə klub saytı məlumat verib.Bildirilir ki, mayın 13-də futbolçular, məşqçilər heyəti və texniki işçilərdən koronavirus üçün analiz götürülüb.Testin nəticəsinə görə, 8 nəfərin xəstəliyə yoluxduğu bəlli olub. Onların adları açıqlanmayıb.
Açıqlamada həmin şəxslərin müalicəsinə başlanıldığı qeyd edilib.