Ukrayna Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.
Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi "Dinamo"nun (Kiyev) saytı məlumat yayıb. Ölkə çempionatının mayın 30-u bərpa olunacağı bildirilib.
Görüşlərin koronavirus səbəbindən azarkeşsiz keçiriləcəyi vurğulanıb.