Karatedə gözlənilməz qərar: Builki dünya çempionatı erkən tarixə keçirildi

04:04 15 May 2020

Karate üzrə dünya çempionatının vaxtı erkən tarixə keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu haqda qərar Ümumdünya Karate Federasiyasının İdarə Heyətinin videokonfransı zamanı qəbul edilib.Belə ki, bu il BƏƏ-nin Dubay şəhərində 17-22 noyabr tarixlərində keçirilməli olan dünya birinciliyinin 7-12 noyabrda baş tutması qərarı verilib.

 

Həmçinin yeniyetmələrin, gənclərin və 21 yaşadək karateçilərin dünya çempionatının 2021-ci ildə CAR-ın Keyptaun şəhərində keçirilməsi dəqiqləşib. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti