İtaliya çempionu "Yuventus”un əsas komandasının məşqçilər korpusunda yer alan Andrea Barzalyi postundan ayrılıb.
Sportarena.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında veteran futbolçunun özü yazıb.İtaliya millisi ilə DÇ-2006-nın qalibi olan gənc mütəxəssis istefasının bundan sonra ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə bağlı olduğunu bəyan edib.
Qeyd edək ki, hazırda 39 yaşı olan Barzalyi karyerası ərzində "Rondinella”, "Pistoyese”, "Pyaçentsa”, "Askoli”, "Kyevo”, "Palermo” və "Volfsburq” kimi klublarda oynadıqdan sonra 2011-ci ildə "Yuventus”a transfer olunub. O, karyerasını da 2019-cu ildə məhz Turin klubunda başa vurub və bu komandada məşqçiliyə başlayıb.