Türkiyə Futbol Federasiyası koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatların bərpa tarixini rəsmən açıqlayıb.
Sportarena.az xəbər verir ki, qurumun yaydığı məlumatda Super Liqanın iyunun 12-də bərpa olunacağı diqqətə çatdırılıb.TFF 1-ci liqanın oyunları iyunun 19-dan etibarən bərpa olunacaq. 2-ci və 3-cü liqada isə oyunlar iyulun 18-dən keçirilməyə başlayacaq.
Qeyd edək ki, bu ayın əvvəlindən Türkiyə klubları futbolçularını bir araya gətirərək fərdi məşqlərə başlayıblar. Tezliklə komanda halında məşqlərin də təşkili gözlənilir.