“Yuventus”un futbolçusunun anası “Nyukasl”la danışıqlara başladı

13:00 15 May 2020

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyö karyerasını “Nyukasl”da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, fransız futbolçu ən yaxın transfer dönəmində Turin klubundan ayrılmağa qərar verib. Futbolçunun agentliyini edən anası İngiltərə klubu ilə danışığa keçib.

 

Bundan başqa, “Everton” da 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Liverpul klubunun çalışdırıcısı Karlo Ançelotti PSJ-dən tanıdığı keçmiş oyunçunu sərəncamında görmək istəyir.Rabyö 2019-cu ilin yayında PSJ-dən “Yuventus”a azad agent statusu ilə keçib.


Digər xəbərlər

Xəbər xətti