Yeni müqavilə ilə illik gəliri 7,5 milyonu ötəcək

11:36 19 May 2020

İtaliyanın “Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə 2025-ci ilin yayınadək qüvvədə qalması nəzərdə tutulan yeni müqavilə imzalayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Football Italia” xəbər verib.Portalın məlumatına görə, tərəflər artıq sazişin yeni şərtləri barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən futbolçunun illik gəliri artacaq. “Football Italia” bildirir ki, Dibala hazırda qüvvədə olan (30 iyun 2022-ci ilədək) müqavilə ilə ildə 7,5 mln. avro alır.

 

Cari mövsümdə 26 yaşlı argentinalı “Yuventus”da 34 matç keçirib, 13 qol vurub və 12 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti