"Çelsi"nin futbolçusu təcavüzdə ittiham olunur

12:25 19 May 2020

"Çelsi"nin vingeri Kallum Hadson-Odoi təcavüz şübhəsi ilə saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, bazar günü gecə saatlarında kimliyi gizli saxlanılan, model olduğu iddia edilən qız özünü pis hiss etdiyi üçün Hadson-Odoinin evinə təcili tibbi yardım maşını və polis çağırıb. O, xəstəxanaya yerləşdirilib, 19 yaşlı futbolçu isə polis tərəfindən saxlanılıb. Günorta saatlarında evdə axtarış aparılıb.

 

London polis bölməsinin nümayəndəsi qeyd edib: "Təcili tibbi yardım işçiləri ilə söhbətində qız təcavüzə məruz qaldığını deyib. O, xəstəxanaya aparılıb. Digər şəxs təcavüz şübhəsi ilə saxlanılıb, daha sonra girov müqabilində sərbəst buraxılıb".

 

"Çelsi" məsələyə münasibət bildirməkdən imtina edib. Yaxın günlərdə "zadəganlar"ın Hadson-Odoidən izahat tələb edəcəyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti