Rusiyanın "Dinamo" (Moskva) klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, ötən gün koronavirus testindən keçən komandada qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticələnib.Bu səbəbdən komandanın mayın 21-nə planlaşdırılan məşqi qeyri-müəyyən müddətək təxirə salınıb.
Qeyd edək ki, daha əvvəl "Lokomotiv"in hücumçusu Cefferson Farfan və "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyevdə də koronavirus aşkarlanıb.