UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb.
Sportarena.az xəbər verir ki, bu barədə “Mutko protiv” “Telegram” kanalı məlumat yayıb.Mayın 18-də vəziyyəti ağırlaşan A.Nurməhəmmədov süni tənəffüs cihazına qoşulub.
A.Nurməhəmmədov aprelin 25-də Mahaçqalada xəstəxanaya çatdırılıb. Mayın əvvəlində isə Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Məşqçinin bir həftəyə qədər komada qaldığı iddia edilirdi. (oxu.az)