Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni təyinat olub.
Sportarena.az xəbər verir ki, Elnur Məmmədov akademiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışacaq. O, yeni təyinatadək Azərbaycan Voleybol Federasiyasında idman şöbəsinin müdiri olub.
Sözügedən şəxs daha öncə "Neftçi"nin icraçı-direktoru qismində fəaliyyət göstərib.