“Yuventus”un futbolçusu Kriştiano Ronaldo komandanın bugünkü məşqində iştirak edib.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu məşqdən əvvəl lazımi tibbi testlərdən keçib. Futbolçular klubun bazasında kiçik qruplar halında çalışıblar.
Qeyd edək ki, bu, Turinə mayın 5-də qayıdan Ronaldonun 14 günlük karantindən sonra ilk məşqidir.