Moldovanın “Nistru” klubunun keçmiş futbolçusu Katalin Likioyu moldfootball.com-a müsahibə verib.
Sportarena.az xəbər verir ki, o, 2005/06 mövsümündə UEFA kubokunda “Xəzər Lənkəran”la oyunda rüşvət təklifi aldıqlarını deyib:
- “Nistru”nun “Xəzər Lənkəran”la oyunları Moldova klublarının avrokuboklardakı ən qaranlıq məqamlarındandır. Gəlin, o vaxtkı sirrləri açaq. Mərhələni dayandırmaq üçün sizə pul təklif edildiyi doğrudur?
- Bəli.
- Nə qədər?
- Azərbaycanlılar moldovalı agentlər sayəsində məvacib və mükafatlarımızı öyrənib, bizə 250 min dollar təklif etdilər ki, “Nistru” – “Xəzər Lənkəran” oyununda məğlubiyyəti təşkil edək.
- Bu məbləğ klub rəhbəri Vasili Traqiraya təklif olundu, yoxsa futbolçulara?
- Moldovalı agentlərdən biri “Xəzər Lənkəran”dan bir nəfərin bizimlə danşmaq istədiyini dedi. Onda hansı mövzuda olduğunu bilmirdik. Məndən başqa yalnız 2 futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə əlaqə saxladılar. Birbaşa təklif irəli sürdülər və 250 min dollar müəyyənləşdirdilər. Bizdən başqa heç kim bu təklifi bilmirdi.
- Belə çıxır ki, seçim etmisiniz. Bu pulu götürə və öz aranızda bölə bilərdiz. Hərəniz 80 min dollar qazana bilərdiniz. Qapıçı, mərkəz müdafiəçisi və hücumçu olduğunuzu nəzərə alsaq, bu, “Xəzər Lənkəran”ın qələbəsi üçün kifayət idi. Siz üçünüz əsas heyətin daimi üzvləri idiz və sizi heç kim də dəyişməyəcəkdi. Əsas qapıçı, kapitan, bombardir…
- Bəli, bu pulu ala bilərdik, amma təbii ki, almadıq.
- Bu təklifdən sonra nə baş verdi?
- Komanda olaraq toplanıb, belə bir təklifin olduğunu dedik. Biz bir ailə idik və bütün qərarları birlikdə verirdik. Uşaqlar qələbə üçün meydana çıxıb, oynayacaqlarını dedilər.
- Bu pulu vicdanla 18 nəfər arasında bölsəydiz, hərəniz 14 min dollar qazana bilərdiniz...
- Bəli, belə çıxır.
- Bəs sizə “Xəzər Lənkəran”ı keçdiyiniz üçün nə qədər ödənildi?
- 4 min dollar.
- Bu, azərbaycanlıların sizə təklif etdiyindən üç dəfə azdır. Üstəlik, siz heç o 4 mini də almaya bilərdiz.
- Nə barədə danışdığınız başa düşürəm, amma bu təklifdən imtina etdiyimiz üçün peşman deyilik. Gərginlik olmadan çıxıb 10 min artıq qazanardıq. Amma həmin vaxt səfərdə iki qol vuranda məni bürüyən emosiyalar heç nə ilə müqayisə oluna bilməz. Bunu heç bir pulla almaq olmaz. Mən oyun və nəticədən ağlasığmaz məmnunluq aldım. 10 min dollar bunun yanında heç nədir. Bu, mənim futbol karyeramın ən yaddaqalan anıdır. Bu iki qol uzun müddət – uşağım olanadək həyatımın ən vacib hadisəsi idi.
- 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min dollar qazanmağın nə demək olduğunu xəyal edə bilirsən? Bir çox insan bu məbləği həftədə 5-6 gün, saat 8-dən 6-ya qədər işləməklə üç il ərzində qazana bilmir.
- Karyeramızı pozmaq istəmədik. Bunun sonradan üzə çıxacağını düşünün. O zaman normal bir kluba getmək mümkünsüz olardı. Həmin 10-14 min dollar üçün risk etməyə ehtiyac yox idi. Gələcəyimizi, karyerarımızı riskə ata bilərdik. Bundan əlavə, səfər oyunundan sonra “Xəzər Lənkəran” məni transfer etmək istədi. Yaxşı şərtlər irəli sürdülər və orada 10 qat daha artıq qazana bilərdim.
- Ora niyə keçmədiz?
- Bizim üç futbolçumuzu almaq istəyirdilər, amma Traqira icazə vermədi.
- Niyə?
- Daha zəif bir çempionata və kluba getməyin heç bir mənası olmadığını dedi. Onları iki dəfə məğlub etdik və açıq-aşkar daha güclü idik. Azərbaycandan daha güclü çempionata getməyimizi istədi.
- Bəlkə də, düz idi. Həmin vaxt Moldova klubları azərbaycanlıları keçirdi. “Zimbru”, “Tiraspol”, “Daçiya”, “Olimpiya”, “Nistru” komandaları “Qarabağ”ı, “MKT-Araz”ı, “Xəzər Lənkəran”ı və “Bakı”nı mübarizədən kənarlaşdırmışdı…
- Amma maliyyə şərtlərinin necə olduğunu bilirsiz. “Xəzər Lənkəran”ın prezidenti təkcə “Bakı” üzərində bir qələbəyə görə hər futbolçuya yeni BMW Х5 vermişdi.
- Bəs siz Moldova daxilində ən çox nə qədər mükafat almısınız?
- "Daçiya"nı kubokun finalında məşğub etdik. Traqira təxminən hərəmizə 3 min dollar ödədi.