İtaliyada klub prezidentinə qarşı araşdırma başlandı

19:41 24 May 2020

İtaliya Futbol Federasiyası (FIGC) “Latsio” klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

 

Sportarena.az xəbər verir ki, buna 63 yaşlı funksionerin martın 8-də keçirilmiş “Yuventus” – “İnter” matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub.Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

 

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu ciddi sanksiya gözləyir.

 

Qeyd edək ki, “Latsio” koronavirus pandemiyasına görə martda dayandırılmış A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Yuventus”un isə 63 xalı var.


Digər xəbərlər

Xəbər xətti