Voleybol üzrə Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubundan ayrılıb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı voleybolçu karyerasını Türkiyədə davam etdirəcək. Ayşən sultanlar liqasında mübarizə aparan “Sarıyer Bələdiyəspor”a keçib. Bu komandada yığmamızın hücumçusu Nikalina Başnakova da çıxış edir.
Qeyd edək ki, Ayşən 2017-2019-cu illərdə “Vaşaş”da oynayıb. O, bir müddət öncə “məlkələr” ilə yeni müqavilə bağlamışdı.