İngiltərədə onlarla futbol klubu müflis ola bilər

17:28 25 May 2020

İngiltərənin “Haddersfild” klubunun sahibi Fil Hockinson koronavirus pandemiyasının qarşıdakı mövsümlərdə maddi təsirləri ilə bağlı indidən hazırlıq görülməsinin vacibliyini vurğulayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.Klub sahibi hazırlıqlar aparılmayacağı halda bir çox liqaların çökə biləcəyini qeyd edib.50-60 klubun bu səbəbdən müflis ola biləcəyini vurğulayan Hockinson qarşıdakı mövsümlərdə stadionlara azarkeşlərin qəbul edilməməsi ssenarisinə də hazırlaşdıqlarını bildirib.

 

“Bəzi klubların hələlik müflis olmamasının yeganə səbəbi maaşları və borcları bir müddətlik təxirə salmalarıdır. Ancaq müəyyən vaxtdan sonra onlar ödəniş etməli olacaqlar”, - F.Hockinson deyib.


Digər xəbərlər

Xəbər xətti